Ünvan: AZ1000, Bakı ş. Yasamal r., Mirzə İbrahimov.43a

Tel.: (+994 12) 497-83-56; (+994 55) 331-34-31

Email:

Haqqımızda

Əziz oxucular!

Qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın memarı, qurucusu, ümumilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya, uğurlu, düşünülmüş sosial-iqtisadi, daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək beynəlxalq aləmdə layiq olduğu yeri tutmuşdur. Məhz ulu öndərin rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənləri qurulmuş, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf  başlamışdır.

Bu gün, ümumilli lider Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən layiqli davamçı cənab Prezident İlham Əliyevin yüksək fəaliyyəti nəticəsində respublikamız bütün sahələr üzrə tərəqqiyə doğru istiqamətlənmiş, dünyanın ən etibarlı, insan hüquq və azadlıqlarının qorunduğu ölkələr arasında ön sıralara yüksəlmişdir.

Daima öz Vətənini, ölkə rəhbərliyinin yürütdüyü siyasəti səmimi qəlblə dəstəkləyən Azərbaycan vətəndaşları olaraq jurnalı təsis etməkdə əsas məqsədimiz hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqiyə zəmin formalaşdıran, insan və şəxsiyyət amilini daim uca tutan layiqli siyasi lider, ulu öndər Heydər Əliyev irsinin davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Bakıda və ölkənin bütün regionlarında həyata keçirilən sürətli sosial-iqtisadi inkişafı, beynəlxalq arenada yüksəlişi ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq aləmdə təbliğ etməkdir.

2011-ci ildən etibarən fəaliyyət göstərən redaksiyamızınəsas məqsədi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğur və nəaliyyətləri, Azərbaycanın sosial-iqtisadi inkişafını, qədim və zəngin mədəniyyətini təbliğ etmək, keçmişimizi və bu günümüzü işıqlandıraraq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Prezident cənab İlham Əliyevin bölgələrə müntəzəm səfərləri, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər jurnalımız tərəfindən həm ölkə daxilində, həm də ölkə hüdudlarından  kənarda işıqlandırılır.

Ölkənin hərtərəfli inkişafını tərənnüm edən, uğurlu addımları ilə hərdaim fərqlənən jurnalımız əsas amalı Vətənimizə, dövlətimizə xidmət etməkdir!

Qeyd edək ki, nəşrlər 3 (Azərbaycan, ingilis, rus) dildə çap olunur.

Əziz oxucular, ictimai rəy görülən  işə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyllərə obyektiv qiymət verən, bizi mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Sizdən xahiş edirik ki, jurnalın fəaliyyəti ilə bağlı fikirlərinizi, tənqid və iradlarınızı, təklif və rəylərinizi bizə mail və əlaqə nömrələri vasitəsilə  bildirəsiniz. Əminik ki, jurnalımızın fəaliyyətinə münasibət bildirməyiniz işimizi təkmilləşdirməyimizdə bizə təkan olacaq. Öncədən səmimi qəlbdən təşəkkürümüzü bildiririk.