Əziz oxucular!
Qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın memarı, qurucusu, ümumilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya, uğurlu, düşünülmüş sosial-iqtisadi, daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək beynəlxalq aləmdə layiq olduğu yeri tutmuşdur. Məhz ulu öndərin rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənləri qurulmuş, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır.
Bu gün, ümumilli lider Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən layiqli davamçı cənab Prezident İlham Əliyevin yüksək fəaliyyəti nəticəsində respublikamız bütün sahələr üzrə tərəqqiyə doğru istiqamətlənmiş, dünyanın ən etibarlı, insan hüquq və azadlıqlarının qorunduğu ölkələr arasında ön sıralara yüksəlmişdir.